Bu sayt (həmçinin bu saytın aşağıdakı müəyyən edilən mənada bütün sonrakı qəbulediciləri saytları) (sonra — "Alsana Saytı") "Eyvon Byuti Prodakts Kompani" MMC (bundan sonra — "Alsana", "biz", "biz" və ya "bizim") tərəfindən idarə olunur və ona məxsusdur.
ERRA MMC-nin qanuni nümayəndəsi. "ERRA" Azərbaycan Respublikasının ərazisində Alsana məhsulunun satışı məqsədilə Alsana saytının operatorudur (bundan sonra – Satıcı).
Biz Alsana Saytının istifadəçilərinə audiovizual kontent, təsvirlər, forumlar, mətn materialı, məlumatlar və başqa kontent və xidmətlər də daxil olmaqla, bizim məhsulumuzla bağlı kontent və xidmətlərə (bundan sonra birlikdə — "Xidmətlər") çıxış imkanı veririk. Sizdən Alsana Saytından istifadədən öncə saytdan istifadə Şərtləri (bundan sonra — "Saziş") ilə diqqətlə tanış olmağı xahiş edirik. Alsana Saytından istifadə etməklə Siz bu Sazişin şərtlərini yerinə yetirməyə razılıq verirsiniz. Əgər Siz bu Sazişin şərtləri ilə razı deyilsinizsə, sizdən Alsana Saytından istifadə etməkdən imtina etməyi xahiş edirik. Bundan başqa, Alsana Saytından istifadə etməklə, Siz yetkinlik yaşına çatdığınızı və bu Sazişi bağlaya bildiyinizi və ya, yetkinlik yaşına çatmamışsınızsa, bu Sazişi bağlamaq üçün valideynlərinizin və ya qəyyumunuzun razılığını aldığınızı təsdiq edirsiniz. Əgər Siz yetkinlik yaşına çatmamısınızsa və bu Sazişi bağlamaq üçün valideynlərinizin və ya qəyyumunuzun razılığını almamısınızsa, siz Alsana Saytından istifadə edə bilməzsiniz.
Biz öz mülahizəmizlə bu Sazişi tam və ya qismən dəyişmək və bu Sazişin dəyişdirilmiş versiyasının Alsana Saytında dərc edilməsi yolu ilə, amma bununla məhdudlaşmadan, ağlabatan üsulla belə dəyişiklik barədə bildirmək hüququnu özümüzdə saxlayırıq.
Siz "AXIRINCI YENİLƏMƏ" bölməsinə baxmaqla son yeniləmə tarixini müəyyən edə bilərsiniz. Ona istinad bu Sazişin yuxarısında yerləşir.
Əgər Siz bu Sazişə edilən dəyişikliklərin dərcindən sonra Alsana Saytından istifadə etməkdə davam edirsinizsə, onda Siz daxil edilmiş dəyişikliklərlə razılaşırsınız (bu şərtlə ki, dəyişikliklər müvafiq dəyişikliklərin edilməsi tarixinə qədər şirkətimizlə Sizin aranızda bu Sazişlə əlaqədar yaranmış istənilən mübahisə barəsində retrospektiv olaraq tətbiq edilməyəcək). Siz bu Sazişdə edilən hər hansı dəyişikliklərlə razı deyilsinizsə, Alsana Saytından istifadə edə bilməzsiniz.
Vaxtaşırı biz Alsana Saytının hər hansı hissəsinə çıxış imkanını dəyişdirə və ya bağlaya, Saytdan istifadəyə görə haqq ala, onu dəyişə və ya ləğv edə və ya Alsana Saytının bəzi yaxud bütün istifadəçilərinə əlavə imkanlar təklif edə bilərik (tərəfimizdən belə hüququn həyata keçirilməsi barəsində qanunla nəzərdə tutulmuş bütün məhdudiyyətlərə əməl etmək şərti ilə).
Bu Saziş çərçivəsində gətirilən terminlər aşağıdakı mənada işlədilir:
«Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə Saziş” — Satıcı ilə Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi arasında məhsulun Alsana-nın əmtəə nişanı altında alqı-satqı müqaviləsi (məcmu halda bu sənəddə əks etdirilən bütün şərtlərlə);
«Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi" (bundan sonra həmçinin - "Nümayəndə") – (a) Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə Saziş imzalamış; və (b) Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə Sazişə uyğun olaraq daima məhsul əldə edən fiziki şəxsdir.
Əgər Siz Alsana-nın Müstəqil Ticarət Nümayəndəsisinizsə, Siz təsdiq edib razılaşırsınız ki, sizin Alsana Saytından istifadə etməyiniz yalnız bu Sazişin müddəaları ilə deyil, həm də Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə Sazişin müddəaları ilə, həmçinin Satıcı ilə Alsana arasında tətbiq oluna bilən bütün sazişlərlə tənzimlənir...